12-ci piyada batalyonu yüzlük səviyyəsində hədəf yönümlü təlim keçirdi
Şərq Komandanlığının Birinci Piyada Briqadasının 12-ci Yüngül Piyada Batalyonunun yüzlüyü Vaziani poliqonunda canlı atəşlə hədəf yönümlü təlim keçirdi. Məlumatı Gürcüstanın Müdafiə Nazirliyi yayır.
“Təlimdə 12-ci Yüngül Piyada Batalyonunun “Bravo” rotası ilə birgə Şərq Komandanlığının Birinci Piyada Briqadasının snayper qrupu və Döyüş Mühəndis Batalyonunun bölməsi iştirak edirdi. Yüzlüyə beşinci artilleriya briqadasının 52-ci artilleriya batalyonunun “BM-21″ atəş reaktiv sistemlərinin iyirimiliyiı, həmçinin birinvi piyada briqadasının 120 və 82 millimetrlik minaatanları dəstək verirdi.
Hədəf yönümlü təlim iki həftə ərzində Vaziani poliqonunda keçirilrdi. Təlimin məqsədi bölmənin köməkçi elementləri ilə koordinasiyalı şəkildə bölmənin kollektiv tapşırıqlarını hazırlamaq idi”, – məlumatda deyilir.