12 avqust gecəsindən günün ikinci yarısınadək Şərqi Gürcüstanın əksər rayonlarında yağış, şimşək, dolu ehtimalı, küləyin güclənməsi gözlənilir
12 avqust gecəsindən günün ikinci yarısınadək Şərqi Gürcüstanın əksər rayonlarında qısamüddətli yağış, bəzi yerlərdə isə güclü yağış, şimşək, dolu və küləyin güclənməsi gözlənilir. Bu barədə məlumatı Ətraf Mühit üzrə Milli Agentlik yayıb.
Sinoptiklərin məlumatına görə, gözlənilən yağıntılar Şərqi Gürcüstanın kiçik çaylarında sel, həmçinin təpəlik və dağlıq zonalarda sürüşmə və sel proseslərinin yaranmasına və ya aktivləşməsinə səbəb ola bilər.
Məlumata görə, təhlükə səviyyəsi orta dərəcədədir.