12–14 dekabrda Gürcüstanda yağış, qar fırtınası və güclü külək gözlənilir
Ətraf Mühitin Milli Agentliyi 12 dekabrın günün ikinci yarısından 14 dekabr səhərinədək Gürcüstanda gözlənilən hava şəraiti barədə məlumat yayıb.
Sinoptiklərin proqnozuna görə, 12 dekabrın günün ikinci yarısından 14 dekabr səhərinədək Gürcüstanda (əsasən ölkənin qərb hissəsində) yağış, bəzi yerlərdə güclü yağış, dağlıq rayonlarda qar, bəzi yerlərdə güclü qar, duman, qar fırtınası və yollarda buzlanma gözlənilir.
13–14 dekabrda ölkə ərazisinin böyük hissəsində qərb küləyi güclü əsəcək, dənizdə 4–5 ballıq qasırğa mümkündür.
Gözlənilən güclü qar, görünüşlülüyün azalması, qar fırtınası və buzlanma səbəbindən avtomobil yollarının bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər (təhlükə səviyyəsi – orta).