11 may tarixindən Tbilisiyə giriş-çıxışa qoyulan qadağa qaldırılacaq
11 maydan Tbilisidə bütün tipli məhdudiyyətlər ləğv olunacaq, 14 maydan etibarən Rustavi və Qardabaniyə giriş-çıxış açılacaq – bu haqda Gürcüstanın baş naziri Qiroqi Qaxariya bəyan etdi.
11 maydan Tbilisiyə giriş-çıxış tamamilə açılacaq. Bildiyiniz kimi Tbilisi bağlı şəhər idi. 11 maydan etibarən Tbilisiyə giriş-çıxışla bağlı bütün məhdudiyyətlər ləğv olunacaq. Bu demək deyil ki, ölkə miqyasında komendant saatı da ləğv olunur. 14 maydan etibarən Rustavi və Qardabaniyə giriş-çıxış mümkün olacaq.
Tbilisi, Rustavi və Kutaisiyə giriş çıxış 15 aprel tarixindən qadağan olunmuşdu.