11-ci çağırış parlamentinin ilk iclasının açılışı oldu
11-ci çağırış parlamentinin ilk iclasının açılışı oldu

 
11-ci çağırış parlamentinin ilk iclasının açılışı oldu. Parlamentin 89 üzvü qeydiyyatdan keçib. İclasın açılışını parlamentin ən yaşlı üzvü Vladimer Kaxadze edib.

Parlament bu gün parlament üzvlərinin səlahiyyəti məsələsini səsverməyə qoyacaq, parlamentin sədrini, onun birinci müavinini və müavinlərini, eləcə də komitələrin sədrlərini seçəcək.

Gürcüstan hökumətinin üzvləri, Abxaziya və Acara muxtar respublikalarının ali şuraları və hökumətlərinin başçıları, məhkəmə hakimiyyətinin nümayəndələri, paytaxtın meri, MSK sədri və dini liderlər 11-ci çağırış parlamentin ilk iclasında iştirak edirlər.