11-ci çağırış parlamenti bugünkü iclasda 150 deputatın səlahiyyətini – 88 lehinə, 0 əleyhinə səslə tanıdı. Səlahiyyətin tanınmasından sonra parlamentin üzvləri vətənə sədaqət andı içdilər.
Səlahiyyətin tanınmasından əvvəl, reqlamentə müvafiq olaraq, MSK-nın sədri Qiorqi Kalandarişvili parlamenti seçkilərin nəticələri barədə məlumatlandırdı. Həmçinin, parlamentin üzvlərinin səlahiyyətlərinin tanınması üçün lazım olan sənədləri müvəqqəti mandat komissiyasına verdi. Prosedura müvafiq olaraq, komissiyalar sədrləri və katibləri seçiblər, eləcə də müvəqqəti mandat komissiyaları MSK tərəfindən verilmiş sənədləri müzakirə ediblər.
MSK-nın rəsmi nəticələrinə əsasən, 11-ci çağırış parlamentinə beş siyasi subyekt seçilib.
150 yerlik parlamentdə “Gürcü Arzusu”nun 89 mandatı var. Geridə qalan yerlər “Dəyişiklik Naminə Koalisiyası”, “Birlik – Milli Hərəkat”, “Güclü Gürcüstan” və “Qaxaria Gürcüstan Naminə” arasında bölüşdürülüb. Lakin, müxalifət parlamentə daxil olmağı planlaşdırmadığını bildirir.
Yeni seçilmiş 11-ci çağırış parlamenti bu gün ilk iclasını keçirir. İclasa parlamentin sədri seçilənədək parlamentin ən yaşlı üzvü Lado Kaxadze sədrlik edir.