Fövqəladə vəziyyət rejimi məhdudiyyətlərinin pozulmasına dair 69 yeni fakt müəyyən edilib

14:34, 09.05.2020

Bütün ölkə miqyasında,  fövqəladə vəziyyət  rejimi  və komendant saatının məhdudiyyətlərinin pozulmasına  dair 69  yeni fakt müəyyən edilib.

Polis komendant saatının pozulması faktı  ilə əlaqədar ,  8 may tarixindən 21:00-dan  9 may 6:00-a kimi bütün  ölkə miqyasında  55 vətəndaşı cərimələyib.

Bundan əlavə,   ictimai məkanda 3 nəfərdən artıq insanın  bir araya  gəlməsi və  2 metrlik sosial məsafənin  qorunmaması səbəbi  ilə,  12 nəfər  cərimələnib.

Hüquq-mühafizəçilər,  sərnişinlərin daşınması  və avtomobillə  hərəkət qaydasının  pozulması faktına görə daha 2 nəfəri  cərimələyiblər.

Fövqəladə vəziyyət rejiminin pozulması fiziki şəxsin 3 min lari, hüquqi şəxsin isə 15 min lari miqdarında cərimələnməsini nəzərdə tutur.

 

Oxşar