Son 24 saat ərzində fövqəladə vəziyyət rejiminin pozulmasına dair 77 yeni fakt müəyyən edilib
Son 24 saat ərzində fövqəladə vəziyyət rejimi və komendant saatının məhdudiyyətlərinin pozulmasına dair 77 yeni fakt müəyyən edilib.
Polis komendant saatının pozulması faktı ilə əlaqədar olaraq, bütün ölkə miqyasında 66 vətəndaşı cərimələyib.
Bundan əlavə, ictimai məkanda 3 nəfərdən artıq insanın bir araya gəlməsi və 2 metrlik sosial məsafənin qorunmaması səbəbi ilə, cəmdə 7 vətəndaş cərimələnib.
Həmçinin, sərnişinlərin daşınması və avtomobillə hərəkət qaydasının pozulması faktları da qeydə alınıb, bu səbəbdən 3 nəfər cərimələnib. Özünü təcrid etmək ilə əlaqədar 1 yeni fakt qeydə alınıb.
Xatırladaq ki, fövqəladə vəziyyət rejiminin pozulması fiziki şəxsin 3 000 lari, hüquqi şəxsin isə 15 000 lari miqdarında cərimələnməsini nəzərdə tutur.