1, 2 və 3 apreldə Tbilisi-Batumi-Tbilisi istiqamətilə əlavə qatarlar hərəkət edəcək
1, 2 və 3 apreldə Tbilisi-Batumi-Tbilisi istiqamətilə əlavə qatarlar hərəkət edəcək, – bu barədə Gürcüstan Dəmir Yollarında bəyan edirlər.
“Artmış sərnişin axını ilə bağlı, Gürcüstan Dəmir Yolları 1, 2 və 3 apreldə Tbilisi-Batumi-Tbilisi istiqamətilə əlavə reyslər təyin edir.
Biletlərin əldə edilməsi saytımızdan mümkündür: ticket.railway.ge; ödəmə aparatlarından, Gürcüstan Dəmir Yolları kassalarından, Gürcüstan Dəmir Yollarının partnyor şirkətləri vasitəsi ilə”, – məlumatda qeyd olunur.
Əlavə qatarların hərəkət cədvəlinə gəldikdə, qatar Tbilisidən saat 07:00-da, Batumidən Tbilisiyə isə, saat 14:10-da yola düşəcək.