საქართველოს ეკონომიკისა და მდგრადი განვითარების მინისტრის, მარიამ ქვრივიშვილის განცხადებით, სომხეთში მთავრობის წევრებთან გამართულ შეხვედრებზე განსაკუთრებული ყურადღება დაეთმო საქართველოს როლს რეგიონში მშვიდობისა და დაკავშირებადობის გაძლიერებისა და განვითარების მიმართულებით
საქართველოს ეკონომიკისა და მდგრადი განვითარების მინისტრის, მარიამ ქვრივიშვილის განცხადებით, სომხეთში მთავრობის წევრებთან გამართულ შეხვედრებზე განსაკუთრებული ყურადღება დაეთმო საქართველოს როლს რეგიონში მშვიდობისა და დაკავშირებადობის გაძლიერებისა და განვითარების მიმართულებით

“Ermənistanda hökumət üzvləri ilə görüşlər zamanı Gürcüstanın regionda sülhün və əlaqəliliyin inkişafındakı rolu xüsusi vurğulandı”

Gürcüstan İqtisadiyyat və Dayanıqlı İnkişaf naziri Mariam Kvri­vishvili bir günlük səfərlə Ermənistan Respublikasına səfəri çərçivəsində çox məhsuldar görüşlər keçirdiklərini bildirib. Nazir qeyd edib ki, görüşlərdə ölkələr arasında ticarət-iqtisadi əlaqələrin dərinləşdirilməsi və xalqlar arasında münasibətlərin inkişafı məqsədilə davam edən layihələr və yeni planlar ətraflı müzakirə olunub.

Səfər çərçivəsində Mariam Kvri­vishvili Ermənistanın baş nazirinin müavini Tiqran Xaçatryan, İqtisadiyyat naziri Gevorg Papoyan və Ərazi İdarəetməsi və İnfrastruktur naziri Davit Xudatyan ilə görüşüb.

Nazirin sözlərinə görə, görüşlərdə iki ölkə arasında prioritet sahələr, o cümlədən turizm, aviasiya və nəqliyyat məsələləri müzakirə olunub. Xüsusi diqqət dəmir yolu sektoruna yönəldilib.

“Görüşlərdə Gürcüstanın regionda sülhün gücləndirilməsi və əlaqəliliyin inkişafındakı rolu xüsusi vurğulandı. Azərbaycan istiqamətindən Ermənistana neft məhsullarının daşınmasını təmin edən simvolik tarifin tətbiqi ilə Gürcüstanın birbaşa töhfəsi diqqətə çatdırıldı,” – deyə Mariam Kvri­vishvili bildirib.

Nazir həmçinin qeyd edib ki, erməni həmkarlarla görüşlərdə enerji sektorunda əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən birgə infrastruktur layihələrinin həyata keçirilməsi məsələləri müzakirə olunub. “Bu, Gürcüstan və Ermənistan arasında enerji ticarətini, idxal-ixracı və ölkəmizin tranzit rolunu gücləndirəcək, həmçinin Ermənistandan elektrik enerjisinin ixracını və Gürcüstan vasitəsilə tranziti əhəmiyyətli dərəcədə dəstəkləyəcək,” – deyə o əlavə edib.

Görüşlərdə ticarət məsələsi də əsas mövzulardan olub.

“İstəyirik ki, daha çox gürcü məhsulu Ermənistanda satışa çıxsın və bunun üçün həmkarlarımızla sıx əməkdaşlığı davam etdirəcəyik. Gələcək dövrdə Gürcüstandan göndərilən məhsulların ixracında artım müşahidə olunacağına inanırıq,” – deyə nazir bildirib.

Gürcüstan nümayəndə heyətinə İqtisadiyyat və Dayanıqlı İnkişaf nazirinin müavinləri Tamar İoselianiGenadi Arveladze də daxildirlər.

Məlumat Gürcüstan İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi tərəfindən verilib.