Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi meşə sərhədlərinə düzəliş edilməsi haqqında hökumət tərəfindən verilmiş fərman ilə əlaqədar bəyanat yayır
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi meşə sərhədlərinə düzəliş edilməsi haqqında hökumət tərəfindən verilmiş fərman ilə əlaqədar bəyanat yayır.
Bəyanatda qeyd edildiyi kimi, fərmana əsasən, faktiki vəziyyətə görə meşə ilə örtülü olmayan ərazi üçün meşə statusunun dayandırılmasından söz gedir.
Bəyanata əsasən, fərmanın məqsədyönlü şəkildə təhrif edilməsi və yalan tirajlanması cəhdidir.
“Meşə sərhədlərinə düzəliş edilməsi ilə əlaqədar hökumət tərəfindən verilmiş fərmanın məqsədyönlü şəkildə təhrif edilməsi və yalan tirajlanması cəhdinə münasibət bildirmək istərdik. Əvvəla, fərmanın meşənin inventarlaşdırılmasını nəzərdə tutduğunu izah edirik, yəni faktiki vəziyyətə görə meşə ilə örtülü olmayan ərazi üçün meşə statusunun dayandırılmasından söz gedir. Eyni zamanda, meşənin uçotu işləri zamanı faktiki vəziyyətə görə meşə ekosisteminin bir hissəsi olan, lakin dövlət meşəsinin sərhədlərinə daxil edilməmiş sahələr aşkar edilib. Məhz qeyd olunan hallardan irəli gələrək, meşə sərhədlərinə düzəliş edilib. Nəticədə, Oni Munisipalitetində 3,7 milyon kvadrat metr ərazinin meşə statusu dayandırılıb, lakin meşə statusu 16 milyon kvadrat metrə verilir. Biz media vasitələrini ictimaiyyəti çaşdırmaq məqsədi daşıyan dezinformasiya yaymaqdan çəkinməyə çağırırıq” – bəyanatda deyilir.