Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi əhalini meşədə hərəkət edərkən xüsusilə ehtiyatlı olmağa və müəyyən olunmuş qadağalara əməl etməyə çağırır
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi əhalini meşədə hərəkət edərkən xüsusilə ehtiyatlı olmağa və müəyyən olunmuş qadağalara əməl etməyə çağırır

 

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi əhalini meşədə hərəkət edərkən xüsusilə ehtiyatlı olmağa və müəyyən olunmuş qadağalara əməl etməyə çağırır.

Nazirliyin bəyanatında qeyd olunduğu kimi, temperaturun artması meşədə yanğının baş vermə riskini artırır.

“Meşənin ərazisində ağacların budaqları altında, iynəyarpaqlı cavan meşəliklərdə, əvvəllər yanğın baş vermiş sahələrdə, meşənin zədələnmiş sahələrində (külək və tufan nəticəsində zərər görmüş yerlərdə), emal tullantılarından təmizlənməmiş meşə kənarlarında, daşınmamış oduncaq yığıntılarının olduğu yerlərdə, torflu və qurumuş otlu sahələrdə ocaq qalamaq qadağandır.

Meşənin geridə qalan ərazisində əvvəlcədən hazırlanmış ocaq yeri olması halında, ocaq qalamağa icazə verilir. Ocaq yerinin əvvəlcədən hazırlanması ocağın qalandığı yerdən 1,5 metr radiusda asan alışan materialların (saman, quru ot, yarpaq, çır-çırpı) təmizlənməsini nəzərdə tutur.

Gürcüstanın İnzibati Xətalar Məcəlləsinə əsasən, meşədə yanğının baş verməsi və ya müəyyən əraziyə onun yayılması, habelə od vurmaq və ya oda qarşı səhlənkar rəftar nəticəsində meşənin məhv edilməsi və ya zərər görməsi ilə nəticələnən meşələrdə yanğın təhlükəsizliyi tələblərinin pozulması 300-dən 500 lariyə qədər cəriməyə səbəb olacaq. Meşədə səhlənkarlığın səbəb olduğu yanğın halında, qanun 4 ildən 8 ilədək azadlıqdan məhrum etməni nəzərdə tutur” – Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin bəyanatında qeyd olunub.