Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Türkiyənin Gürcüstandakı səfiri ilə görüşüb
Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Türkiyənin Gürcüstandakı səfiri ilə görüşüb

 
Gürcüstanın ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili Türkiyə Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Ali Kaan Orbayla görüşüb.

Ətraf Mühitin Mühafizəsi Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda, Türkiyənin səfirinin naziri vəzifəyə təyin olunması münasibətilə təbrik etdiyi və ona gələcək fəaliyyətində uğurlar arzuladığı deyilir.

Onların məlumatına əsasən, tərəflər görüşdə ölkələr arasında ticari-iqtisadi əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə ediblər.

“Bildiyiniz kimi, Gürcüstan iqtisadiyyatının inkişafında kənd təsərrüfatının payı mühümdür. Türkiyənin təcrübəsini bölüşmək bizim üçün maraqlıdır. Ölkələr arasında dostluq və tərəfdaşlıq münasibətləri səmərəli əməkdaşlığın əsasını təşkil edir” – Davit Sonğulaşvili bildirib.

Nazir ölkə üçün bazarların şaxələndirilməsinin vacibliyinə diqqət yetirib.

Türkiyənin səfirinin dediyi kimi, ölkələri tarixi dostluq və tərəfdaşlıq münasibətləri birləşdirir, bu da müxtəlif istiqamətlərdə əməkdaşlığın dərinləşdirilməsi üçün mühüm ilkin şərtdir.

“Görüşdə balıqçılıq, maldarlıq, irriqasiya, meşə təsərrüfatı və tullantıların idarə olunması, kənd təsərrüfatının mexanikləşdirilməsi istiqamətində əməkdaşlığın dərinləşdirilməsi məsələlərinə toxunuldu.

Gürcüstan istehsalı olan müxtəlif məhsulların Türkiyəyə ixracının artırılmasına, eləcə də gürcü şərab istehsalçılarının Türkiyənin Horeca (otel/restoran/kafe) sektoru ilə əməkdaşlığının dərinləşdirilməsinin vacibliyinə diqqət yönəldilib” – Ətraf Mühitin Mühafizəsi Nazirliyinin mətbuat xidməti tərəfindən yayılmış məlumata deyilir.

Görüşdə nazirliyin müvafiq xidmətinin nümayəndələri iştirak edirdilər.