Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili Çinin biznes nümayəndə heyətinin üzvləri ilə görüşüb
Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili Çinin biznes nümayəndə heyətinin üzvləri ilə görüşüb

 

Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Davit Sonğulaşvili Çinin biznes nümayəndə heyətinin üzvləri ilə görüşüb.

Çində yaşayan biznesmen, Gürcüstan vətəndaşı Sandro Beridzenin (Isiao Dzuni) rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibinə Çinin böyük şərab distribusiya şirkətlərindən biri olan “Liquan Wine”ın nümayəndələri daxil idi.

Nazir biznes sektorun üzvlərinə gürcü şərabı ilə maraqlandıqları üçün təşəkkür edib və şərabçılıq-üzümçülük sektorunun inkişafına dövlət dəstəyi proqramlarına diqqət yönəldib.

“Şərab sektorunun dəstəklənməsi və inkişafı Gürcüstan hökumətinin prioritet istiqamətlərindən biridir. Bildiyiniz kimi, şərab gürcü kimliyinin bir hissəsidir, müvafiq olaraq, gürcü şərabına olan maraq xüsusi əhəmiyyət daşıyır. Tam dəstəyə hazırıq” – Davit Sonğulaşvili bildirib.

Görüşdə Sandro Beridzenin qeyd etdiyi kimi, “Liquan Wine” şirkəti Avropa ölkələrindən Çin bazarına ən böyük şərab idxalçılarından biridir. Bu gün gürcü şərabı Çin bazarında xüsusilə məşhurdur, bu da şərab tədarükünün artmasına tələbat yaradıb. “Liquan Wine” şirkəti gürcü şərabını öz portfelinin mühüm hissəsinə çevirməkdə maraqlıdır.

Qeyd edilməlidir ki, “Liquan Wine” 600-dən çox əməkdaşı, 128 sertifikatlı dequstatoru olan və ildə 12 milyon butulkadan çox şərab satan yüksək nüfuza malik şirkətdir.

Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyində keçirilən görüşdə nazir müavini Laşa Dolidze, Milli Şərab Agentliyinin sədri Levan Mexuzla və nazirliyin müvafiq idarələrinin rəhbər şəxsləri iştirak edirdilər.

Məlumatı Gürcüstanın Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi yayır.