Ətraf Mühitin Mühafizəsi Nazirliyi meşə yanğınlarının qarşısını almaq məqsədilə əhalini təhlükəsizlik qaydalarına riayət etməyə, meşədə hərəkət etmə və davranış qaydalarına tabe olmağa çağırır
Ətraf Mühitin Mühafizəsi Nazirliyi meşə yanğınlarının qarşısını almaq məqsədilə əhalini təhlükəsizlik qaydalarına riayət etməyə, meşədə hərəkət etmə və davranış qaydalarına tabe olmağa çağırır

 

Son bir həftə ərzində Kaxeti, Kvemo Kartli və Mtsxeta-Mtianeti bölgələrində bir neçə meşə yanğını faktı qeydə alınıb. Yanğının baş verməsinin mümkün səbəbi olaraq insanların səhlənkarlığı göstərilir – bu barədə məlumatı Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi yayır.

“Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi və Milli Meşə Agentliyi əhalini təhlükəsizlik qaydalarına riayət etməyə, meşədə hərəkət etmə və davranış qaydalarına tabe olmağa çağırır.

Hər hansı bir səhlənkarlıq və təhlükəsizlik normalarının pozulması, meşədə yanğının baş verməsinə səbəb olarsa, cəriməyə səbəb olacaqdır. Yanğının səbəb olduğu zərər nəzərə alınaraq, iş ilə əlaqədar cinayət-hüquqi tədbirlər tətbiq oluna bilər. Meşələrin od vurularaq məhv edilməsinə gəlincə, qanun 4 ildən 8 ilə qədər azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur. Təəssüfdoğurucu fakt odur ki, meşə yanğınlarının əsas səbəbi, statistikaya görə, məhz insanların səhlənkarlığıdır” – məlumatda qeyd edilir.