Ətraf Mühitin Milli Agentliyi yaxın günlərdə Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı əhalini xəbərdar edir
Ətraf Mühitin Milli Agentliyi yaxın günlərdə Gürcüstanda gözlənilən hava şəraiti ilə bağlı əhalini xəbərdar edir

16 iyulun günortadan sonrasından başlayaraq 17 iyulun sonuna qədər Gürcüstanda aralıqlı qısamüddətli yağış, şimşək, bəzi yerlərdə güclü yağış, dolu və şimşək zamanı küləyin güclənməsi gözlənilir.

Bu barədə məlumatı Ətraf Mühitin Milli Agentliyi yayıb.

Sinoptiklərin proqnozuna görə, gözlənilən yağıntılar Gürcüstanın kiçik çaylarında daşqınlara, habelə təpəlik və dağlıq ərazilərdə sürüşmə və sel proseslərinin başlanması və ya aktivləşməsinə səbəb ola bilər. Təhlükə səviyyəsi orta olaraq qiymətləndirilir.