Ətraf mühitin məlumatlandırılması və təhsil mərkəzi 15-17 yaşlı gənc könüllülər üçün proqram üzrə müraciətləri qəbul etməyə başlayıb

13:34, 16.02.2026

Ətraf mühitin məlumatlandırılması və təhsil mərkəzi “Gürcüstanda iqlim dəyişikliklərindən yaranan fəlakət risklərinin azaldılması” layihəsi çərçivəsində regionlarda könüllülərin qəbulunu elan edir.

“Könüllülər şəbəkəsi 15-17 yaşlı gəncləri birləşdirəcək və onların yerli səviyyədə təhsil fəaliyyətlərində iştirak etməsi yolu ilə aktiv iştirakını təşviq edəcək. Qeydiyyat 9 mart tarixinədək aşağıdakı linkdə mümkündür.

Samqrelo-Yuxarı Svaneti – Abasha, Senaki, Xobi, Martvili, Çxorotsqu, Mestia.

Raça-Leçxumi-Aşağı Svaneti – Oni, Ambrolauri, Tsageri, Lentechi.

İmereti – Vani, Xaraguli, Saçxere, Çiatura, Samtredi, Bağdati, Zestafoni, Xoni.

Guriya – Ozurgeti, Lançxuti, Çoxatauri.

Kaheti – Lagodexi, Axmeta, Telavi, Qvareli, Siqnaq, Gurcaani, Saqareco.

Şida Kartli – Gori, Qareli, Kaspi, Xaşuri.

Mtsxeta-Mtiyaneti – Duşeti, Mtsxeta.

Aşağı Kartli – Marneuli, Tetritskaro, Qalqa, Bolnisi, Dmanisi, Gardabani.

Acarıstan – Qobuleti, Xulo, Şuaxev, Xelvaçauri.

Samtsxe-Cavaxeti – Axalkalaki, Axaltsixe.

“Gürcüstanda iqlim dəyişikliklərindən yaranan fəlakət risklərinin azaldılması” proqramı Gürcüstan hökuməti, İqlim Yaşıl Fondu (GCF) və İsveçrə hökumətləri tərəfindən maliyyələşdirilir və BMT-nin İnkişaf Proqramının (UNDP) dəstəyi ilə həyata keçirilir”, – məlumatda qeyd olunub.

Oxşar