Ətraf mühit fəalı Qreta Tunberqi Londonda Fələstinə dəstək aksiyasında saxlayıblar
Ətraf mühit fəalı Qreta Tunberqi Londonda Fələstinə dəstək aksiyasında saxlayıblar

 

İsveçli ətraf mühit fəalı Qreta Tunberqi Londonda Fələstinə dəstək aksiyasında saxlayıblar. Britaniyada təsis edilən “Andlılarımızı qoruyun” təşkilatı məlumatı yayır.

Təşkilatın məlumatına əsasən, Tunberqi terrorizm haqqında qanunu pozması ittihamı ilə saxlayıblar. O, Britaniya hökumətinin terror təşkilatı elan etdiyi “Fələstin Hərəkatı” təşkilatını dəstəkləyən plakat tutub.

Bununla yanaşı, London Meriyasının mətbuat katibi binaya qırmızı boya atdıqlarına görə daha iki nəfəri saxladıqları haqda məlumat verir.

Məlumat üçün bildirək ki, Qreta Tunberq Fələstinin fəal tərəfdarıdır. Cari ilin oktyabrında o, iki dəfə Qəzza sektoruna gəmi ilə daxil olmağa cəhd edib. İsrail hər iki halda onu deportasiya edib.