Əsirlərin mübadiləsi çərçivəsində Rusiya 33 hərbi qulluqçu və 51 mülki şəxsi Ukraynaya təhvil verib
Əsirlərin mübadiləsi çərçivəsində Rusiya 33 hərbi qulluqçu və 51 mülki şəxsi Ukraynaya təhvil verib

 

Əsirlərin mübadiləsi çərçivəsində Rusiya 33 hərbi qulluqçu və 51 mülki şəxsi Ukraynaya təhvil verib. Bu barədə məlumatı Ukrayna tərəfi yayır.

Əsirlərin mübadiləsi məsələsi üzərində çalışan Koordinasiya Qərargahının məlumatında qeyd olunduğu üzrə, vətənə qayıdanlar arasında Rusiya hələ Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamamış Rusiya tərəfindən müvəqqəti olaraq işğal olunmuş Ukrayna ərazilərində saxlanılanlar da var.

Ukrayna tərəfinin məlumatına əsasən, bu Ukrayna vətəndaşları Rusiyada uzunmüddətli həbs cəzasına məhkum edilmişdilər. Ukrayna Prezidentinin bəyanatına əsasən, vətənə qayıdanların əksəriyyətinin tibbi yardıma ehtiyacı var.

Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Rusiyanın Ukrayna ərazisindən 84 hərbi qulluqçunu geri qaytarması və 84 girov əsgəri Ukraynaya təhvil verməsi haqda məlumat yaydı.