Ərini öldürməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib
Ərini öldürməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

 

Tbilisi Şəhər Məhkəməsinin hakimi Arsen Kalatozişvili ərini öldürməkdə təqsirləndirilən Tekla Qersamia barəsində həbs qətimkan tədbiri seçib.

Hakim prokuror Qia Şaişmelaşvilinin həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətini təmin edib. Vəkil 30 000 lari girov tələb edirdi.

Müttəhim Tekla Qersamia günahını etiraf etmir. Prokuror və vəkil şərh verməyiblər.

İstintaqın məlumatına əsasən, qətl avqustun 22-də baş verib. 24 yaşlı qadın ərinə bıçaqla xəsarətlər yetirib.

İstintaq Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə aparılır, bu da ailə üzvünə qarşı ağırlaşdırıcı hallarda törədilmiş qəsdən adam öldürmə deməkdir. Cinayət 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.