Ərəb Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyinin məlumatına görə, İranda müharibənin başlanmasından sonra ölkədə 7 nəfər ölüb, 145 nəfər isə yaralanıb
İranda müharibənin başlanmasından sonra ölkədə 7 nəfər ölüb, 145 nəfər isə yaralanıb – bu barədə “BBC” Birləşmiş Ərəb Əmirliklərinin Müdafiə Nazirliyinə istinadən yazır.
Bəyannamədə qeyd olunur ki, ölənlər arasında BƏƏ Silahlı Qüvvələrinin iki üzvü və həmçinin Pakistan, Nepal, Banqladeş və Fələstin vətəndaşları olan beş mülki şəxs var.
BƏƏ Müdafiə Nazirliyinin məlumatına görə, yaralananlar arasında İsveç, Türkiyə, Nigeriya, Hindistan və Qana vətəndaşları da var.
Həmçinin bəyannamədə bildirilib ki, İranda müharibənin başlanmasından bəri BƏƏ hava müdafiəsi 304 ballistik raket, 15 qanadlı raket və 1627 pilotsuz uçuş aparatını neytrallaşdırıb.