Ərdoğan NATO zirvə görüşündə İsveçin NATO-ya üzvlüyü məsələsində olduğu kimi Türkiyənin də Avropa İttifaqına üzvlüyünə yol açılması üçün açıqlama verməyi planlaşdırır
Ərdoğan NATO zirvə görüşündə İsveçin NATO-ya üzvlüyü məsələsində olduğu kimi Türkiyənin də Avropa İttifaqına üzvlüyünə yol açılması üçün açıqlama verməyi planlaşdırır

 
İnanıram ki, Rusiya-Ukrayna müharibəsinin uzunmüddətli sülhlə başa çatması Ukraynanın NATO-ya daxil olması prosesinə töhfə verəcək-bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayıb.

İsveçin NATO-ya üzvlüyünə gəlincə, Ərdoğan bunun üçtərəfli sazişdə qeyd olunan məsələlərin yerinə yetirilməsindən asılı olduğunu bildirib.

Eyni zamanda, Rəcəb Tayyib Ərdoğan NATO zirvə görüşündə Türkiyənin Avropa İttifaqına üzvlüyü məsələsi, xüsusən də İsveçin Şimali Atlantika Alyansına qoşulması üçün etdikləri kimi Türkiyəyə də yol açılması üçün bəyanatla çıxış etməyi planlaşdırdığını qeyd edib.