Əmək Müfəttişliyi qida obyektlərinin fəaliyyəti ilə bağlı məlumat yayır
Əmək Müfəttişliyi qida obyektlərinin fəaliyyəti ilə bağlı məlumat yayır.
Açıqlamada qeyd olunur ki, son günlər qida obyektlərində “yaşıl statusu” olmayanların restorana qəbuldan əvvəl rəhbərlik tərəfindən sürətli testin veriləcəyi barədə məlumatlar yayılıb. Əmək Müfəttişliyi açıqlayır ki, yalnız müvafiq ixtisaslara və icazəyə malik olan şəxs/laboratoriya kovid testindən keçmək səlahiyyətinə malikdir və bu cür test heç bir şəxs tərəfindən həyata keçirilə bilməz.
“İctimaiyyətə məlum olduğu kimi, dekabrın 1-dən Gürcüstan hökumətinin “İzolyasiya və karantin qaydalarının təsdiq edilməsi haqqında” 322 nömrəli qərarı ilə müəyyən edilmiş fəaliyyətlərin təhlükəsiz aparılması üçün istehlakçılar üçün yaşıl pasportlar konsepsiyası işə salınıb.
Şəxsin yaşıl statusu var əgər, o, tamamilə vaksinasiya edilibsə, və ya 72 saatlıq PCR test edibsə və ya 24 saatlıq antigen testi edibsə, və ya koronavirusu keçiribsə.
Bu günlərdə ictimai qida obyektlərində “yaşıl statusu” olmayanların restorana qəbul olunmazdan əvvəl rəhbərlik tərəfindən sürətli test keçiriləcəyi, daha sonra isə, restorana qəbul ediləcəyi və müvafiq xidməti göstərəcəyi ilə bağlı aktiv məlumatlar yayılmışdır.
Əmək Müfəttişliyi açıqlayır və müvafiq biznes subyektlərinə müraciət edir, səhvə uymasınlar və servisin təklifinin bənzər metodundan istifadə etməsinlər, çünki yalnız müvafiq ixtisaslara və icazəyə malik olan şəxs/laboratoriya kovid testindən keçmək səlahiyyətinə malikdir və bu cür test heç bir şəxs tərəfindən həyata keçirilə bilməz”, – Əmək Müfəttişliyinin bəyanatında deyilir.