Əlverişsiz hava şəraitinə görə, Pşaveli-Abano-Omalo istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti qadağan edilib
Pşaveli-Abano-Omalo istiqamətində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti qadağan edilib.
Tuşetidə Axmeta Munisipalitetinin merinin nümayəndəsi Beka Bekuraidze əlverişsiz hava şəraiti və bol yağıntının problemə səbəb olduğunu, nəticədə məcrasından çıxmış dərənin yola ziyan vurduğunu bildirib.
Sürüşmə prosesləri hazırda podratçı şirkətin texnikasının səfərbər olunduğu, lakin əlverişsiz hava şəraitinin işlərə maneə olduğu Leçuri kəndindən 23-25 kilometr aralıda inkişaf edib.
Yerli hakimiyyətdə Tuşeti istiqamətində hərəkətin bərpasının hava şəraitindən asılı olacağını bildirirlər.