Əlverişsiz hava şəraitinə görə “Ğazbeqi” gömrük-keçid məntəqəsi müvəqqəti olaraq fəaliyyətini dayandırır
Gəlirlər Xidmətinin məlumatına əsasən, Dariali vadisində mövcud mürəkkəb meteoroloji vəziyyətdən irəli gələrək, yaranmış fövqəladə vəziyyətə görə “Ğazbeqi” gömrük-keçid məntəqəsində bütün növ gömrük nəzarəti prosedurları dayandırılıb.
Buraxılış məntəqəsi vasitəsilə Gürcüstanın gömrük sərhədində malların idxalı və ixracı, eləcə də dövlət sərhədindən keçən fiziki şəxslər üçün gömrük nəzarəti prosedurları həyata keçirilməyəcək.
“Hava şəraiti yaxşılaşdıqdan sonra “Ğazbeqi” gömrük-keçid məntəqəsi adi qaydada tam gücü ilə fəaliyyətini davam etdirəcək. Müvafiq olaraq, sərnişinlərin və yüklərin daşınması ləngimə olmadan həyata keçiriləcək” – Gəlirlər Xidmətində bildirirlər.