Əlverişsiz hava şəraitinə görə avtomobil yollarının ayrı-ayrı hissələrində müəyyən məhdudiyyətlər tətbiq olunur
Əlverişsiz hava şəraitinə görə avtomobil yollarının ayrı-ayrı hissələrində müəyyən məhdudiyyətlər tətbiq olunur

 
Əlverişsiz hava şəraitinə görə Gürcüstanın avtomobil yollarının ayrı-ayrı hissələrində müəyyən məhdudiyyətlər tətbiq olunur.

Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamentinin məlumatına əsasən, güclü qar və buz səbəbilə beynəlxalq əhəmiyyətli Xaşuri-Axaltsixe-Vale avtomobil yolunun 51 km – 96 km (Atsğuri-Vale) hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir. Avtomobil yolunun qalan hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

Respublika əhəmiyyətli Jinvali-Barisaxo-Şatili avtomobil yolunun 60 km – 106 km (Qudani-Şatili) hissəsində qar səbəbilə bütün növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. 53 km – 59 km (Korşa-Qudani) hissəsində yalnız yolsuzluq avtomobillərinin (iki və ya daha çox körpülü) hərəkətinə icazə verilir, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti qadağan edilib. Avtomobil yolunun 1 km – 52 km (Jinvali-Korşa) hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

Güclü qar səbəbilə respublika əhəmiyyətli Saçxere (Sareki)-Uzunta-Şkmeri-Zudali avtomobil yolunda qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

Həmçinin, güclü qar səbəbilə respublika əhəmiyyətli Kutaisi (Motsameta)-Tğibuli-Ambrolauri avtomobil yolunun 39 km – 62 km (Nakerala dağ keçidi) hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir. Avtomobil yolunun qalan hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

Güclü qar və bol yağıntı səbəbilə beynəlxalq əhəmiyyətli Axaltsixe-Ninotsminda avtomobil yolunun 90 km – 112 km (Ermənistan Respublikasının sərhədi) hissəsində və Axalkalaki-Kartsaxi avtomobil yolunun 1 km – 36 km hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir. Avtomobil yollarının qalan hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.

Qar və temperaturun aşağı düşməsi səbəbilə beynəlxalq əhəmiyyətli Mtsxeta-Stepantsminda-Larsi avtomobil yolunun Qudauri (Posta)-Kobi hissəsində qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılır, digər növ avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir. Avtomobil yolunun qalan hissələrində avtonəqliyyat vasitələrinin hərəkəti sərbəstdir.