Əlverişsiz hava şəraiti və buzlanma əleyhinə xüsusi vasitələrin çatışmazlığına görə Danimarka və Niderland arasında uçuşlar dayandırılıb
Güclü çovğun və buzlanma əleyhinə xüsusi vasitələrin çatışmazlığına görə Danimarka və Niderland arasında uçuşlar dayandırılıb. Bu haqda məlumatı Danimarkanın İctimai Yayımçısı yayır.
“SAS” və “KLM” aviaşirkətləri Amsterdam və Kopenhagen, Bilund və Olburq arasında planlaşdırılan bütün uçuşları ləğv ediblər.
Məlumat üçün bildirək ki, həm Danimarka, həm də Niderland güclü çovğun və bol yağıntıya görə ciddi şəkildə zərər görüb. Bununla yanaşı, medianın məlumatına əsasən, Amsterdam Hava Limanında buzlanma əleyhinə xüsusi vasitələrin çatışmazlığı da problem yaradır.
Sinoptiklər əlverişsiz hava şəraitinin Niderlandda yaxın günlərdə də davam edəcəyini proqnozlaşdırırlar.