Əlil arabası qılıncoynatma | Nino Tibilaşvili Paris Paralimpiadasında bürünc medal qazanıb #1TVSPORT
Gürcüstanlı para-idmançı üçüncü titul uğrunda final blokunda fransalı Briana Vidiyə 15:11 hesabı ilə qalib gəlib. Qeyd edək ki, Nino Tibilaşvili Tokio 2020 Paralimpiya Oyunlarının vitse-çempionudur.
Xatırladaq ki, Paris Paralimpiya Oyunlarında beş günlük mübarizədən sonra Gürcüstan millisinin aktivində iki medal var idi. Paraatletika, dayaqla tullanmada Qiqa Oçxikidze turnirin çempionu, para-taekvondoçu Ana Caparidze isə bürünc medal qazanıb.