Gürcüstanın əlil arabası ilə qılıncoynatma üzrə qadınlardan ibarət komandası Varşavada qılıncoynatma üzrə Dünya Kubokunda yarışı uğurla başa vurdu.
İrma Xetsuriani rapira qılıncoynatma üzrə gümüş medal qazandı. Yarımfinalda Amerikalı Ellen Qeddesə 15:12 hesabı ilə qalib gələn gürcü, final görüşündə Taylandlı Sun Sun Yana 15:7 hesabı ilə uduzaraq ikinci yerə çıxdı.
İkinci gürcü Nina Tibilaşvili rapira qılıncoynatma üzrə bürünc medal qazandı. O, yarımfinalda macar Eva Hyamsa 15:10 hesabı ilə uduzaraq üçüncü yeri tutdu.