Əhmədabadda "Air India" aviaşirkətinin qəzaya uğrayan təyyarəsinin göyərtəsində 232 sərnişin və 12 ekipaj üzvü olub
Əhmədabadda "Air India" aviaşirkətinin qəzaya uğrayan təyyarəsinin göyərtəsində 232 sərnişin və 12 ekipaj üzvü olub

 

Əhmədabadda “Air India” aviaşirkətinin qəzaya uğrayan təyyarəsinin göyərtəsində 232 sərnişin və 12 ekipaj üzvü olub. Bu barədə Hindistanın Mülki Aviasiya Direktoratlığının rəhbəri Faiz Əhməd Kidvai deyib.

Aviaşirkət göyərtədə 169 Hindistan və 53 Britaniya vətəndaşının olması haqda məlumat verir. Həmçinin, sərnişinlər arasında bir kanadalı və yeddi portuqaliyalı olub.

Təyyarə hava limanından havaya qalxdıqdan sonra tezliklə yaşayış rayonuna düşüb. Təyyarə Londonun Qetvik Hava Limanına reys yerinə yetirirdi.

Qəza yerində xilasetmə əməliyyatı aparılır. Qucarat ştatının baş naziri xəsarət alan sərnişinlərin daşınması üçün “yaşıl dəhliz” yaradılması barədə sərəncam verib.

“Air India” aviaşirkəti də bəyanat yayaraq başsağlığı verib və dəqiqləşdirilmiş və təsdiqlənmiş məlumatı daha sonra yayacaqlarını açıqlayıb.

“Hazırda əsas məqsədimiz bütün zərər çəkmiş şəxslərə və onların ailələrinə dəstək olmaqdır. Biz hadisə yerində fövqəladə reaksiya qruplarına kömək etmək və zərərçəkənlərə lazım olan yardımı göstərmək üçün hər şeyi edirik” – “Air India” aviaşirkətində bəyan edirlər.

Baş vermiş təyyarə qəzasına görə Əhmədabad Hava Limanında bütün uçuşlar dayandırılıb.