Əgər məhkəmə Müəmmər Qəddafi tərəfindən Nikola Sarkozinin ilk prezidentlik kampaniyasının maliyyələşdirilməsi üçün onu təqsirli bilsə, Nikola Sarkozini 10 il həbs cəzası gözləyir
Əgər məhkəmə Liviyanın keçmiş prezidenti Müəmmər Qəddafi tərəfindən Nikola Sarkozinin ilk prezidentlik kampaniyasının maliyyələşdirilməsi üçün onu təqsirli bilsə, Fransanın keçmiş prezidenti Nikola Sarkozini 10 il həbs cəzası gözləyir.
Məhkəmə müzakirəsi bu gün başlayıb və Nikola Sarkozi Liviyanın diktatorundan ilk prezidentlik kampaniyasını maliyyələşdirmək üçün istifadə etdiyi pulu qanunsuz almaqda ittiham olunur.
Məhkəmə prosesindən əvvəl 2012-ci ildə Fransanın “Mediapart” nəşri tərəfindən təşəbbüsü irəli sürülmüş on illik istintaq aparılıb.
O vaxtkı nəşrlərdə Qəddafinin Sarkozinin kampaniyasını maliyyələşdirmək üçün 50 milyon avro ayırmağa razı olduğunu təyin edən sənədlər təqdim edilmişdi. Bu, 2012-ci ildə Yelisey sarayını tərk etdikdən sonra Sarkoziyə qarşı açılan üçüncü cinayət işidir.
2021-ci ildə Sarkozi ikinci prezidentlik kampaniyası zamanı vəsaitləri bilərəkdən çox xərcləməkdə təqsirli bilinib. Qeyd olunan işə Ali Məhkəmə baxır.
Hazırda isə Nikola Sarkozi Ali Məhkəmənin bu yaxınlarda qüvvədə saxladığı korrupsiya ittihamı ilə çıxarılmış başqa bir hökmə görə bir il ev dustaqlığındadır.