Əfqanıstanın “Taliban” hərəkatının açıqlamasına görə, Pakistanın minaatan və raket hücumları nəticəsində ölkədə azı dörd nəfər həlak olub, 70 nəfər yaralanıb
Əfqanıstanın “Taliban” hərəkatının açıqlamasına görə, Pakistanın minaatan və raket hücumları nəticəsində ölkədə azı dörd nəfər həlak olub, 70 nəfər yaralanıb

Əfqanıstanın “Taliban” hərəkatının açıqlamasına görə, Pakistanın minaatan və raket hücumları nəticəsində ölkədə azı dörd nəfər həlak olub, 70 nəfər yaralanıb. Məlumatı “Taliban”ın sözçüsünün müavini Həmdullah Fitrat yayıb.

“Bu hücumların hədəfi, günorta saat 14:00-da başlayan hücumlar zamanı adi insanların evləri, o cümlədən Səid Camaləddin adına Əfqanıstan Universiteti olub. Təəssüf ki, 30-u tələbə olmaqla, qadın və uşaqlar da daxil olmaqla 70 həmvətən yaralanıb, daha dörd nəfər isə həlak olub. Biz Pakistanın hərbi rejiminin bu hücumlarını qətiyyətlə pisləyirik. Hücumların hədəfi mülki şəxslər, akademik və təhsil müəssisələri olub”, – deyə Həmdullah Fitrat bildirib.

Yerli medianın məlumatına görə, hücumun hədəfi Əfqanıstanın Kunar vilayəti olub. Bildirilir ki, yaralananların əksəriyyəti qadınlar və uşaqlardır. Yayılan məlumatları İslamabad təkzib edir və bunu “açıq yalan” adlandırır.