Əfqanıstanda zəlzələ nəticəsində həlak olanların sayı 812-yə qədər artıb, 2800-dən çox insan yaralanıb
Əfqanıstanda zəlzələ nəticəsində həlak olanların sayı 812-yə qədər artıb, 2800-dən çox insan yaralanıb

 

Əfqanıstanda zəlzələ nəticəsində həlak olanların sayı 812-yə qədər artıb, 2800-dən çox insan yaralanıb.

Maqnitudası 6.0 olan zəlzələ bazar günü yerli vaxtla saat 23:47-də baş verib. Zəlzələnin episentri ölkənin beşinci ən böyük şəhəri Cəlalabaddan 27 km aralıda olub.

Axtarış-xilasetmə əməliyyatları davam edir. Əfqanıstan Səhiyyə Nazirliyinin məlumatına əsasən, Kunar əyalətində üç kənd tamamilə dağılıb, digərlərinə isə ciddi ziyan dəyib. Hakimiyyət nümayəndələri bildiriblər ki, ilkin məlumata əsasən, bir kənddə 30 nəfər həlak olub, yüzlərlə yaralı isə xəstəxanaya aparılıb.