Əfqanıstanda zəlzələ nəticəsində ən azı on nəfər həlak olub, 260-a qədər insan isə yaralanıb
Əfqanıstanda maqnitudası 6.3 olan zəlzələ nəticəsində ən azı on nəfər həlak olub, 260-a qədər insan isə yaralanıb. Bu haqda “Reuters” yazır.
Zəlzələ Əfqanıstanın şimalında, ən sıx məskunlaşılmış şəhərlərdən birinin yaxınlığında baş verib. Episentr əhalisi təxminən 523 000 olan Məzari-Şərif yaxınlığında olub.
Hakimiyyət nümayəndələri həlak olanların və yaralıların sayının artacağını ehtimal edirlər.
Məlumat üçün bildirək ki, cari ilin avqustunda Əfqanıstanda zəlzələ nəticəsində ən azı 2200 insan həlak olub və minlərlə insan yaralanıb.