Əfqanıstanda zəlzələ nəticəsində azı 622 nəfər həlak olub, 1500-dən çox insan isə yaralanıb
Əfqanıstanda zəlzələ nəticəsində azı 622 nəfər həlak olub, 1500-dən çox insan isə yaralanıb. Bu barədə “Reuters” yazır.
Maqnitudası 6.0 olan zəlzələ bazar günü yerli vaxtla saat 23:47-də baş verib. Zəlzələnin episentri ölkənin beşinci ən böyük şəhəri Cəlalabaddan 27 km aralıda olub.
Hazırda axtarış-xilasetmə əməliyyatları gedir. Əfqanıstan Səhiyyə Nazirliyinin məlumatına əsasən, Kunar əyalətində üç kənd tamamilə dağılıb, digərlərinə isə ciddi ziyan dəyib. Hakimiyyət nümayəndələri bildiriblər ki, ilkin məlumata əsasən, bir kənddə 30 nəfər həlak olub, yüzlərlə yaralı isə xəstəxanaya aparılıb.