Əfqanıstanda yol-nəqliyyat hadisəsi nəticəsində 73 nəfər həlak olub
Əfqanıstanda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 13-ü uşaq olmaqla 73 nəfər həlak olub – bu barədə “BBC” yazır.
Medianın məlumatına əsasən, avtobus İrandan deportasiya edilmiş əfqan miqrantları daşıyırmış.
Kabilə gedən avtobus Herat əyalətində yük maşını və motosikletlə toqquşduqdan sonra alovlanıb. Avtobusda olan insanların hamısı, eləcə də digər avtomobillərdə olan iki nəfər həlak olub.
Polis yol-nəqliyyat hadisəsinin avtobus sürücüsünün sürət həddini aşması və səhlənkarlığı nəticəsində baş verdiyini açıqlayıb.