Əfqanıstanda maqnitudası 6.0 olan zəlzələ nəticəsində azı 20 nəfər həlak olub, 100-dən çox insan isə yaralanıb
Əfqanıstanda maqnitudası 6.0 olan zəlzələ nəticəsində azı 20 nəfər həlak olub, 100-dən çox insan isə yaralanıb

 

Əfqanıstanda maqnitudası 6.0 olan zəlzələ baş verib, nəticədə azı 20 nəfər həlak olub, 100-dən çox insan isə yaralanıb. Bu haqda “BBC” yazır.

Zəlzələ bazar günü yerli vaxtla saat 23:47-də baş verib. Zəlzələnin episentri ölkənin beşinci ən böyük şəhəri Cəlalabaddan 27 km aralıda olub.

Taliban hökuməti onlarla evin dağılması və həlak olanların sayının daha artıq olduğunun ehtimal edilməsi haqda məlumat verir.

Taliban hökumətinin nümayəndələri humanitar təşkilatları xilasetmə işlərində kömək etməyə çağırıblar, çünki bəzi rayonlara torpaq sürüşməsi və daşqınlar səbəbindən yalnız hava yolu ilə getmək mümkündür.