Əfqanıstanda qalan Gürcüstanın 16 vətəndaşı NATO bazasından bu gün uçacaq

13:52, 20.08.2021

Əfqanıstanın paytaxtı Kabildə qalan Gürcüstanın 16 vətəndaşı bu gün Dabaya, oradan isə, vətənə uçacaqlar. Bu barədə Gürcüstan Xarici İşlər nazirinin müavini, Aleksandre Xvtişvili bəyan etdi.

Onun dediyinə görə, onlar bu dəqiqələrdə təyyarəyə minirlər.

“Kabildə 16 vətəndaş qalmışdı. Bu gün, səhər onların hərbi bazaya, aeroporta, ANTO bazasına təhlükəsiz aparılması baş verdi. Müvafiq olaraq, indi onların təyyərəyə minməsi prosesi gedir. Britaniya tərəfindən Dubay istiqamətilə reys təmin edilib.

Bu dəqiqələrdə təyyarəyə minirlər və onlar Dubaya uçacaqlar. Güman edildiyinə görə, gün ərzində Gücrüstan enəcəklər”, – Aleksandre Xvtişvili bəyan etdi.

Oxşar