Əfqanıstan və Pakistanda baş verən zəlzələ nəticəsində azı 12 nəfər öldü, 200-dən çox insan xəsarət aldı
Əfqanıstan və Pakistanda baş verən zəlzələ nəticəsində azı 12 nəfər öldü, 200-dən çox insan xəsarət aldı

Əfqanıstan və Pakistanda baş verən zəlzələ nəticəsində azı 12 nəfər öldü, 200-dən çox insan xəsarət aldı. Məlumatı “BBC” yayır.

6.5 gücündə zəlzələnin episentri Əfqanıstanın şimal-şərq hissəsində qeydə alındı.

Zəlzələ təkanları nəticəsində binalar zədələndi. Fəlakət torpaq sürüşməsini də əmələ gətirdi. Nəticədə, Pakistanda bir neçə avtomaqistrakda maşınların hərəkəti mümkünsüz oldu. Əhalinin bir hecəsi küçədə gecələdi. Zəlzələ Hindistan, Özbəkistan, Qazaxıstan, Tacikistan və Türkmənistanda da hiss olunurdu.