Ədliyyə nazirinin müavini Beka Dzamaşvili Birləşmiş Krallığın Gürcüstandakı səfiri ilə görüşüb
Gürcüstan ədliyyə nazirinin müavini Beka Dzamaşvili Birləşmiş Krallığın Gürcüstandakı səfiri Qaret Uord ilə görüşüb. Görüşdə tərəflər iki ölkə arasında hüquqi məsələlər üzrə gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Ədliyyə Nazirliyinin məlumatına əsasən, Birləşmiş Krallığın səfiri Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə dəstəyini vurğulayıb.
Beynəlxalq məhkəmələrdə dövlət suverenliyini gücləndirmək məqsədilə Gürcüstanın qazandığı məhkəmə çəkişmələrinə toxunulub.
Səfir Birləşmiş Krallıq tərəfindən Beynəlxalq Ədalət Məhkəməsinə irəli sürülən hakimliyə namizəd haqqında Gürcüstan hakimiyyətinə məlumat verib.