Ədliyyə naziri vəzifəsini Anri Oxanaşvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri vəzifəsini isə Davit Sonğulaşvili tutacaq
Ədliyyə naziri vəzifəsini Anri Oxanaşvili, ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri vəzifəsini isə Davit Sonğulaşvili tutacaq.
Bu haqda Gürcüstanın Baş naziri İrakli Kobaxidze Hökumət Administrasiyasında keçirilən brifinqdə bildirib.
“Ədliyyə naziri postuna Anri Oxanaşvilinin namizədliyi təqdim olunacaq. Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinə gəlincə, Davit Sonğulaşvilinin namizədliyini təqdim etmək istərdim” – İrakli Kobaxidze bildirib.
İrakli Kobaxidze hökumətin yeni tərkibini açıqlayıb.