Ədliyyə naziri Qırğızıstanın səfiri ilə ölkələr arasında hüquqi əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə edib
Ədliyyə naziri Paata Salia Qırğızıstanın səfiri ilə ölkələr arasında hüquqi əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə edib.
Ədliyyə Nazirliyinin məlumatına əsasən, görüşdə Paata Salia Maksat Mamitkanovu Ədliyyə Nazirliyinin fəaliyyətinin əsas istiqamətləri ilə tanış edib. Qeyd edilib ki, idarənin prioritetlərinə demokratik dəyərlərin dəstəklənməsi və qanunun aliliyinin gücləndirilməsi; dövlət maraqlarının beynəlxalq məhkəmələrdə effektiv təmsil olunmasının təmin edilməsi, eləcə də penitensiar və cinayətkarlığın qarşısının alınması sistemlərinin daha da inkişaf etdirilməsi daxildir.
İki ölkə arasında mülki, eləcə də cinayət mühakiməsi sahələrində institusional səviyyədə əməkdaşlığın gücləndirilməsinə toxunulub.
Gürcü tərəfi xidmətlərin əlçatanlığı sahəsində aparılmış uğurlu islahatlar istiqamətində təcrübəsini Qırğızıstanla bölüşməyə hazır olduğunu bildirib.
Paata Salia Maksat Mamitkanovu və Qırğızıstan nümayəndə heyətini bu ilin 23-25 iyun tarixlərində Tbilisidə keçiriləcək BMT-nin İctimai Xidmətlər Forumuna dəvət edib.
Ədliyyə nazirinin birinci müavini Beka Dzamaşvili və Beynəlxalq Münasibətlər və Hüquqi Əməkdaşlıq Departamentinin rəis müavini Ana İvanişvili görüşdə iştirak edirdilər.