Ədliyyə naziri Paata Salia Dünya Bankının regional direktoru Roland Prays ilə görüşüb
Gürcüstanın ədliyyə naziri Paata Salia Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays ilə görüşüb.
Ədliyyə Nazirliyinin məlumatına əsasən, görüşdə Ədliyyə Nazirliyinin publik hüquqi şəxs “Dövlət Reyestrinin Milli Agentliyi” ilə Dünya Bankı arasında uzunmüddətli tərəfdaşlıq məsələlərini, cari layihələri və gələcək əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Bununla yanaşı, rəqəmsal idarəetmə və torpağın qeydiyyatı istiqamətində islahatlara toxunulub. Dünya Bankının regional direktoru Gürcüstanda həyata keçirilən islahatları və Agentlik tərəfindən toplanmış təcrübəni müsbət qiymətləndirib, bu da mövcud biliklərin digər ölkələrlə paylaşılması üçün mühüm əsasdır.
Ədliyyə Nazirliyinin məlumatına əsasən, qeyd olunub ki, əhalinin maraqlarına fokuslanmış NSDI geoportalının, “ağıllı müqavilə”nin və torpağın sistemli qeydiyyatının innovativ elektron xidmətlərinin effektivliyi və etibarlılığı ölkə tərəfindən götürülmüş kredit öhdəliklərinin hökumət tərəfindən səmərəli istifadəsinin və həyata keçirilmiş investisiyanın effektivliyinin aydın nümunəsidir.
Qurumun məlumatına əsasən, ədliyyə nazirinin birinci müavini Laşa Mağradze, “Dövlət Reyestrinin Milli Agentliyi”nin sədri Davit Devidze və Dövlət Reyestrinin Milli Agentliyi və Dünya Bankının birgə layihəsinin meneceri Elene Qriqolia görüşdə iştirak edirdilər.