Ədliyyə naziri Anri Oxanaşvili xalq müdafiəçisi Levan İoseliani ilə görüşüb
Ədliyyə naziri Anri Oxanaşvili xalq müdafiəçisi Levan İoseliani ilə görüşüb.
Ədliyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən, ədliyyə naziri və xalq müdafiəçisi görüşdə illər ərzində müxtəlif vəzifələrdə qarşılıqlı səmərəli əməkdaşlığı vurğulayıblar və Ədliyyə Nazirliyi ilə Ombudsman Aparatı arasında sıx əlaqələndirməni davam etdirməyə hazır olduqlarını bildiriblər.
“Görüşdə Levan İoseliani penitensiar sistemdə həyata keçirilən mühüm islahatlara, xüsusən də məhkumların davranışlarının korreksiyasına töhfə verən və onların cəmiyyətə sonrakı inteqrasiyası üçün xüsusilə vacib olan reabilitasiya proqramlarına diqqət yetirib.
Tərəflər nazirliyin prioritet istiqamətlərindən biri olan insan hüquqlarının müdafiəsinin gücləndirilməsi baxımından gələcək əməkdaşlığın dərinləşdirilməsi barədə razılığa gəliblər” – Ədliyyə Nazirliyi tərəfindən yayılmış məlumatda deyilir.
Ədliyyə Nazirliyində keçirilən görüşdə ədliyyə nazirinin müavinləri Beka Dzamaşvili və Niko Tatulaşvili iştirak edirdilər.