Ədliyyə Evində xarici vətəndaşlar üçün tibbi sığorta xidməti tətbiq edilib
Ədliyyə Evində xarici vətəndaşlar üçün tibbi sığorta xidməti tətbiq edilib

Xarici ölkə vətəndaşı bütün Gürcüstan üzrə Ədliyyə Evinin 121 filialında və səyyar ədliyyə evlərində sığorta polisi ala bilər.

Sığorta istəyən əcnəbi müştərilər Gürcüstanda qaldıqları müddətdə digər xidmətlərlə yanaşı, sadələşdirilmiş, çevik prosedurla və sərfəli qiymətə müxtəlif sığorta paketləri almaq və öz sağlamlıqlarının qeydinə qalmaq imkanı əldə edirlər.

Sığorta polisi bir il müddətinə verilir və aşağıdakıları əhatə edir: şəxsi həkim və bütün ölkə ərazisində asanlıqla əldə edilə bilən digər tibbi xidmətlər; ailə həkimi ilə uzaqdan məsləhətləşmə; Gözləmə müddəti olmadan profilaktik tədqiqatlar; rahat uzaqdan xidmətlər, məsələn: kompensasiya tələbi, elektron müraciət və ya zəmanət məktubu; 50% birgə maliyyələşdirmə ilə limitsiz planlı stomatoloji xidmətlər.

Yeni xidmətin tətbiqi hərrac yolu ilə seçilmiş “İmedi L” sığorta şirkəti ilə Ədliyyə Evi arasında əməkdaşlıq çərçivəsində həyata keçirilib.

“Ədliyyə Evi”nin sədri Laşa Lobjanidze və “İmedi L” sığorta şirkətinin baş direktoru Nodar Gelovani Tbilisi Mərkəzi Ədliyyə Evində ilk istifadəçiyə xidmətin göstərilməsi prosesini şəxsən müşahidə ediblər.

Ədliyyə Evi həm Gürcüstan, həm də xarici vətəndaşlara adi yüksək keyfiyyətlə xidmət göstərən dövlət və özəl xidmətlərin bir məkanda göstərilməsi baxımından ölkədə aparıcı qurumdur.

Xidmət sahəsini daha da genişləndirmək məqsədilə istifadəçilərin tələbatının araşdırılması əsasında Ədliyyə Evi mütəmadi olaraq yeni xidmətlər təqdim edir. Bu gün Ədliyyə Evinin xidmətlərinin sayı 500-ə çatır.

Bu barədə Ədliyyə Palatasının mətbuat xidməti məlumat yayıb.