Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında danışıqların ikinci raundu başlayıb
Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında danışıqların ikinci raundu başlayıb

 

Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ arasında danışıqların ikinci raundu başlayıb – bu haqda məlumatı Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov verib.

O bildirib ki, iş ayrı-ayrı qruplarda konkret sahələrə diqqət yetirməklə davam edəcək, bundan sonra da mövqelərin birgə sinxronlaşdırılması planlaşdırılır.

“Prezident Volodimir Zelenskinin ləyaqətli və uzunmüddətli sülhə nail olmaq üçün aydın göstərişləri çərçivəsində çalışırıq. Dövlət başçısına danışıqların hər mərhələsinin inkişafı barədə məlumat veririk” – Umerov yazır.

Məlumat üçün bildirək ki, Ukrayna, Rusiya və ABŞ arasında danışıqların birinci raundu 23-24 yanvar tarixlərində Əbu-Dabidə keçirilib. Daha sonra üçtərəfli görüşlərin 4-5 fevral tarixlərində davam edəcəyi məlum olub.

Danışıqların birinci raundunda ABŞ nümayəndə heyətini xüsusi nümayəndə Stiv Uitkof və ABŞ Prezidentinin müşaviri Cared Kuşner təmsil edirdi; Ukrayna nümayəndə heyətinə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov, Prezident Ofisinin rəhbəri Kiril Budanov və onun müavini Serqei Kislitsa, “Xalqın Xidmətçisi” fraksiyasının lideri Davit Araxamia və Ukrayna Baş Qərargah rəisi Andrey Qnatov daxil idi. Rusiya tərəfinə gəlincə isə, nümayəndə heyətinə Baş İdarənin rəhbəri İqor Kostyukov və prezidentin müşaviri Yuri Uşakov rəhbərlik edirdi.