Əmək Müfəttişliyinin məlumatına görə, son 72 saat ərzində kovid-requlasiyaların pozulmasına görə, beş obyekt möhürləndi, altısı cərimələndi
Son 72 saat ərzində kovid-requlasiyaların pozulmasına görə, beş obyekt möhürləndi, altısı cərimələndi.
Məlumatı Əmək Müfəttişliyi Xidməti yayır.
“Əmək Müfəttişliyi Xidməti biznes obyektlərində qeydə alınan Səhiyyə nazirinin əmri ilə müəyyən olunmuş rekomendasiyaların kritik uyğunsuzluğöuna görə tədbirlər gördü. Bir obyektə qarşı Əmək Müfəttişliyi Xidməti prevensial möhürlənmə mexanizmini istifadə etdi. Bar tədbirin keçirilməsinə qədər, planlaşdırılmış əyləncəli aktivlik barəsində məlumatın alınması an möhürləndi. Bütün ölkə miqyası ilə aşkar edilən pozuntular arasında yenə də sosial və geniş miqyaslı əyləncəli tədbirlər çoxdur. Cərimələnənlərdən beşi hüuqi və biri fiziki şəxsdir. İki həftə ərzində, Gürcüstan miqyası ilə, requlasiyaların pozulmasına görə, 20-dən artıq obyekt möhürlənib. 46 biznes operator cərimələndi. Onlar arasında 29 hüquqi və 17 fiziki şəxsdir. Əmək Müfəttişliyi Xidməti tədbiq olunan məhdudiyyətlərin icra edilməsinə nəzarəti bütün ölkə miqyası ilə təmin edir. Prosesə Əmək Müfəttişliyi Xidmətindən başqa, qida zərərsizliyi, yerli munispal nəzarət xidməti, munisipal müfəttişlik, DİN-in kriminal və patrul polisi qoşulub”, – məlumatda deyilir.