“Əl-Cəzirə” – İsrail ordusunun Qəzza zolağında son 24 saat ərzində keçirdiyi əməliyyatda azı 49 nəfər həlak olub.

10:39, 17.08.2024

İsrail ordusunun Qəzza zolağında son 24 saat ərzində keçirdiyi əməliyyatda azı 49 nəfər həlak olub.

“Əl-Cəzirə”nin məlumatına görə, İsrail hərbi aviasiyası Qəzzada ən böyük məcburi köçkün düşərgəsi olan Cəbəliyyədə yaşayış evlərini bombalaması nəticəsində azı 7 nəfər həlak olub.

Qəzza Mülki Müdafiəsi üzvləri bildirirlər ki, bir neçə raket yaşayış binalarına düşüb. Yerli sakinlər deyirlər ki, partlayışdan əvvəl heç bir xəbərdarlıq olmayıb. “Əl-Cəzirə” yazır ki, hələ də dağıntılar altında çoxlu adam qalıb.

Oxşar