Əbbas Əraqçi – ABŞ-la nüvə danışıqlarını yalnız İranın nüvə obyektlərinə hücumların təkrarlanmayacağına dair möhkəm zəmanət olarsa, bərpa edəcəyik

14:50, 13.07.2025

ABŞ-la nüvə məsələləri üzrə danışıqları yalnız o halda bərpa edəcəyik ki, İranın nüvə obyektlərinə qarşı hücumların artıq həyata keçirilməyəcəyinə dair möhkəm zəmanət təqdim olunsun – bu barədə İranın xarici işlər naziri Əbbas Əraqçi bildirib.

Əraqçinin sözlərinə görə, əgər ABŞ və digər ölkələr İranla danışıqların bərpasını istəyirlərsə, ilk növbədə belə hərəkətlərin bir daha baş verməyəcəyinə dair qəti zəmanət verilməlidir.

“İlk növbədə, belə hərəkətlərin təkrarlanmayacağına dair möhkəm zəmanət olmalıdır. İranın nüvə obyektlərinə edilən hücumlar danışıqlara əsaslanan həll yolunun əldə edilməsini daha da çətinləşdirdi,” – deyə Əraqçi bəyan edib.

Xatırladaq ki, İranla ABŞ arasında nüvə məsələləri üzrə danışıqlar, İsrailin İranın nüvə obyektlərinə hücum etməsindən sonra dayanmışdı. Bir neçə gün sonra isə ABŞ da İranın nüvə obyektlərinə zərbələr endirdi. Tramp administrasiyası bu hücumlar nəticəsində İranın nüvə obyektlərinin tamamilə məhv edildiyini bildirib

Oxşar