Ukrayna mətbuatının məlumatına görə, Kiyevdə Mixail Saakaşvilini yaxaladılar
Ukrayna mətbuatının məlumatına görə, Kiyevdə Mixail Saakaşvilini yaxaladılar

Odessanın keçmiş qubernatoru, Mixail Saakaşvilini naməlum silahlı şəxslər, “SULUGUNI” restoranında yaxaladılar.

Bu barədə məlumatı Strana.ua Ukrayna agentliyi yayır.

Agentliyin məlumatına görə, Mixail Saakaşvilini Kiyev vaxtı ilə təxminən 15:00-da yaxaladılar.

Elə eyni məlumatı, Saakaşvilinin dəstəsinin üzvü, David Sağvarelidze öz “feysbuk” səhifəsində yayır.

Bundan başqa, Mixail Saakaşvilinin “feysbuk” səhifəsində yayılan yeddi saniyəlik videoda görünür ki, Saakaşvilinin olduğu restorana formalı şəxslər daxil olurlar.